Hollandiya milliyyətçiləri: "Yaşasın britaniyalılar, indi sıra bizdədir"
Böyük Britaniyanın Avropa Birliyindən çıxma qərarından sonra birlik ölkələrindən ard-arda açıqlamalar gəlir.
APA TV-nin xəbərinə görə, Hollandiyanın ultra-milliyyətçi Müstəqillik Partiyasının lideri Geert Wilders Britaniyanı dəstəkləyib. "İngilislər yaşasın! İndi sıra bizdədir. Hollandiyada da referendum zamanıdır", - deyə o bildirib.
Almaniya baş nazirinin köməkçisi Sigmar Gabriel isə mesajında "Lənət olsun! Avropa üçün çətin gündür" ifadəsini işlədib.
Fransanın ifrat sağçı Xalq Cəbhəsi Partiyası da Avropa Birliyi üzvlüyü məsələsində referendum çağırışı edib. Partiya sədrinin köməkçisi Florian Philippot "Twitter" səhifəsindən referenduma dəstək verib: "İnsanların müstəqillik arzusu sonda hər zaman qalib gəlir: "İngiltərəyə afərin! İndi bizim növbəmizdir", - deyə o qeyd edib.
Avropa Parlamentinin ən böyük qrupu Avropa Xalq Partiyasının alman lideri Manfred Weber isə "Çıxış müzakirələri ən geci iki il içində tamamlanmalıdır. Xüsusi yanaşma olmayacaq. Çıxış çıxışdır", - deyə bildirib.
"İngilis seçicilərin qərarına sayğı duyuruq, lakin üzülürük. Bu nəticə iki tərəfə də böyük zərər verəcək. Biz daha mükəmməl Avropa istəyirik. İnsanları inandırıb onları ittifaq anlayışına geri döndərməyimiz lazımdır. Bu ingilislərin seçimi idi, Avropanın deyil", - deyə Weber "Twitter" paylaşımlarında qeyd edib.