Havanın temperaturu 37 dərəcəyə yüksələcək

İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 21-27, gündüz 30-32 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif | Apa.Tv
Apa.tv