Türkiyədə iki partlayış törədildi: 6 əsgər şəhid oldu

 

Türkiyənin Mardin vilayətinin Dərik qəsəbəsində PKK terrorçuları jandarma idarəsinə hücum edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, məntəqəni atəşə tutan PKK-çıların məhv edilməsi üçün əlavə qüvvə göndərilib.

Hadisə yerinə hərbçiləri gətirən avtomobilə yolda pusqu qurulub və maşın gülləbaran olunub. Nəticədə iki əsgər şəhid olub.

Ölkənin digər bölgəsi Hakkaridə isə 4 əsgər şəhid edilib. Hakkari-Çukurca yolunda kustar üsulla hazırlanmış bomba tapılıb. Dərhal ərazidə əməliyyat başlanıb. Əsgərlərə pusqu quran PKK-çılar onları atəşə tutublar. 1 gizir və 3 çavuş şəhid olub.

Hər iki bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar genişləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv