Cəlilabadda yol qəzası: 1 ölü, 3 yaralı

Cəlilabadda 1 nəfərin ölümü, 3 üç nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad-Boyxanlı şose yolunun rayonun Bədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabadın Məlikqasımlı kənd sakini  Mais Əzizov “VAZ-2107” markalı, 42 BE 093 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı, 10 XR 855 dövlət nömrə nişanlı minik avtomobilinə çırpılıb. Güclü zərbədən hər iki minik avtomobil yararsız vəziyyətə düşüb. “Juquli”nin sürücüsünün həyat yoldaşı Məlahət Kərimova hadisə yerində keçinib.

Bundan əlavə, hər iki avtomobilin sürücüsü, eləcə də digər sərnişin Mahirə Qəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Müvafiq tibbi yardımlardan sonra hazırda onların hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv