Bakıda ər arvadını boğub öldürdü
Bakıda ər arvadını öldürüb. Səbail rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonun Gülbala Əliyev küçəsi-13 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Müzəffər Piriyev həyat yoldaşı, 1982-ci il təvəllüdlü Cəlalə Abbasovanı boğaraq qətlə yetirib. Hadisəni törədən M.Piriyev saxlanılıb.
Qonşuların sözlərinə görə, Müzəffər Piriyevin qonşulardan heç kimlə əlaqəsi olmayıb. Onların münaqişəli ailə olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.