Ankara Xəstəxanasında silahlı insident: 4 əczaçı öldürüldü - YENİLƏNİB
Ankara Universiteti Tibb fakültəsinin Cebeci xəstəxanası şəhərciyində xəstəxana işçiləri arasında baş verən mübahisə silahlı davaya çevrilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
İddiaya görə, xəstəxananın əczaxanasında işləyən bir nəfər əvvəlcədən aralarında olan ədavətə görə bir neçə nəfərlə xəstəxana binasında mübahisə edib. İlkin versiyada həmin adamın 4 nəfəri öldürdüyü bildirilir.
Hadisə ilə bağlı polis araşdırma aparır.