Avropada birjalar çökür, indekslər sürətlə aşağı düşür

Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı qərarından sonra qitənin maliyyə bazarlarında əsas maliyyə indeksləri aşağı enməyə başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, inkişaf etmiş ölkələrin birjalarında orta hesabla 8-9 faiz azalma müşahidə olunur.

 

İngiltərədə keçirilən referendumdan sonra EURO STOXX 50 indeksi 9,29 faiz, Avropanın geniş maliyyə bazarının indeksi isə 8,66 faiz ucuzlaşıb.

 

Ən kəskin azalma isə Fransanın CAC40, Almaniyanın DAX, London Fond Birjasının FTSE 100, eləcə də Hollandiyanın AEX indekslərində qeydə alınıb.

 

Onlar müvafiq olaraq: 9,57, 7,73, 6,41 və 7,23 faiz dəyər itiriblər.

 

İsveçrə birjasının "Swiss Exchange" indeksi 3,97, İsveçin fond birja indeksi 3,73 dəyərdən düşüb.

 

İnkişaf etmiş maliyyə bazarlarında səhmlər 3-4 faiz ucuzlaşıb.

 

İndekslərdəki azalma Çexiyadan da yan keçməyib. Ölkənin PX indeksi 4,78 faiz azalıb.

 

Yeganə istisnanı isə günü 13,78 faizlə başa vuran Yunanıstan şirkətlərinin səhmləri təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv