Mingəçevirdə ailə DRAMI
Mingəçevirdə Ağdam sakini öz yeznəsini bıçaqlayıb, bıçaqlananın həyat yoldaşı isə özünü binanın 3-cü mərtəbəsindən atıb. Şəhər Polis Şöbəsindən APA TV-yə -ya verilən məlumata görə şəhərin Nəcəf bəy Vəzirov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. “Yeni həyat” qəsəbəsində məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 18 yaşlı Quliyev Elsevər Elçin oğlu ailə münaqişəsi zəmnində bacısının evində yeznəsini, Mingəçevir şəhər sakini, 24 yaşlı Mahmudov Elşən Mahir oğlunu kürəyindən bıçaqlayıb. Elşən Mahmudov sol kürək nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elsevər Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Məcəlləsinin 226.1 maddəsi ilə cinayət işi açılıb, araşdıma aparılır.
Hadisədən az sonra bıçaqlanan Elşən Mahmudovun yaşadığı evdə intihara cəhd faktı qeydə alınıb. Ailə münaqişəsi zəmnində qayını tərəfindən bıçaqlanan Elşən Mahmudovun həyat yoldaşı, 25 yaşlı Quliyeva Ayşən Elçin qızı binanın 3-cü mərtəbəsindən özünü aşağı atıb. Hadisə nəticəsində Ayşən Quliyeva ağır kəllə-beyin travması ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İntihara cəhd faktı ilə bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.