FHN Zaqatalada mülki müdafiə təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki müdafiəsi idarəsi tərəfindən Zaqatalada “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

 

APA TV-nin məlumatına görə, kompleks təlimə FHN-in Mülki Müdafiə Qoşunlarının əməkdaşları, RİH rəhbərliyi, rayon Fövqəladə Hallar Komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri cəlb olunub.

 

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və işçilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, idarəetmə orqanlarına, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə belə hadisələr aradan qaldırılarkən  xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki  vərdişlərin aşılanmasından ibarət olub.

 

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya və epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqlar yerinə yetirib.


Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 286 nəfər şəxsi heyəti və 33 ədəd texnikası iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv