Tanınmış diktor Bəxtiyar Şərifzadə vəfat edib

Uzun illər Azərbaycan dövlət radiosunda çalışmış tanınmış diktor Bəxtiyar Şərifzadə vəfat edib. Bu barədə APA TV-yə mərhumun ailə üzvləri məlumat verib. Bəxtiyar Şərifzadənin bacısı bildirib ki, mərhumun səhhətində ciddi bir problem olmayıb, ölüm qəfil baş verib. Xatırladaq ki, Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib. Mərhum sabah torpağa tapşırılacaq. Allah rəhmət eləsin! 

Müəllif | Apa.Tv
Apa.tv