Bir ailənin 4 üzvünü maşınla vuran 70 yaşlı sərxoş sürücü tutuldu
Abşeron polisi piyadaları vurub hadisə yerindən qaçan sürücünü saxlayıb. APA TV-nin məlumatına görə, sərxoş vəziyyətdə sükan arxasına keçən 70 yaşlı Fazil Rzaxanov sonda ağır qəzaya səbəb olub.
Ahıl kişi idarə etdiyi "VAZ-2107" markalı maşınka Aşağı Güzdək qəsəbəsində yolu keçən 4 piyadanı vurub. Hadisədən sonra sürücü maşını saxlamadan yoluna davam edib. Bir ailənin üzvü olan 4 yaralı isə xəstəxanaya çatdırılıb.
Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları qıza zaman ərzində Fazil Rzaxanovun yerini müəyyən ediblər. Polisə gətirilən sürücü əməlini etiraf edib. O, hadisə yerindən qaçmasını qorxması ilə əsaslandırıb: “Qorxdum də. Şoka düşmüşdüm”
İkisi azyaşlı olan 4 yaralının vəziyyəti normaldır. Amma 70 yaşlı Fazil kişini yaxşı heç nə gözləmir. Avtomobili sərxoş vəziyyətdə idarə etməsi və yaralılara yardım etmədən hadisə yerindən qaçması onun üçün ağırlaşdırıcı hal hesab olunur.