Usta işlədiyi evdən oğurluq etdi

Usta kimi işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, ev sahibi Vüqar Eyvazov Abşeron polisinə müraciət edərək, evindən 3500 manat və 5 ABŞ dollarının yoxa çıxdığını bildirib.

 

Əməliyyatçıların ilk ağlına gələn şübhəli usta olub. Saxlanılan Əlizamin Eyvazov əməlini də etiraf edib, oğurladığı pulun bir hissəsini də polisə təhvil verib.

 

O qədər pulu bir yerdə görəndə nəfsinə yenildiyini deyən Əlizamin Eyvazov peşman olduğunu bildirib, ev sahibindən bağışlanmasını istəyib.

 

Abşeron Rayon Polis İdarəsində cinayət işinin istintaqı zamanı o da məlum olub ki, Əlizamin Eyvazov bir neçə il əvvəl məhkumluq həyatı yaşayıb.

Müəllif | Apa.Tv
Apa.tv