Roma Papası yenə “soyqırım” dedi

Katoliklərin ruhani lideri Roma Papası Fransisk Ermənistana səfəri zamanı 1915-ci il hadisələrini soyqırımı adlandırıb.

 

APA TV-nin məlumatına görə, üçgünlük səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla mətbuat konfransında Roma Papası əvvəlcədən yazılmış mətndən kənara çıxıb. Mətndə 1915-ci il hadisələri “böyük fəlakət” adlandırılsa da, Fransisk “soyqırım” ifadəsindən də istifadə edib.

 

Qeyd edək ki, 2015-ci ildə də Roma papası qalmaqallı çıxış etmiş və “Əsrin ilk soyqırımı ermənilərə qarşı ediləndir” demişdi. Bu bəyanatdan dərhal sonra Türkiyə Vatikandakı səfirini geri çağırmış və diplomatik əlaqələri kəsmişdi. Bu əlaqələr 10 ay sonra bərpa edilmiş, səfir isə bu ilin fevralında vəzifəsində dönmüşdü.

 

Rəsmi Ankara Roma Papasının İrəvandakı son bəyanatına hələlik reaksiya verməyib

Müəllif | Apa.Tv
Apa.tv