Bakıda ev yandı, ev sahibi son anda xilas edildi

Bakının Bülbülə qəsəbəsindəki fərdi yaşayış evlərindən birində baş verən yanğın faciə ilə nəticələnə bilərdi. Amma vaxtında edilən müdaxilə bunun qarşısını alıb.

 

APA TV-nin məlumatına görə, Səttar Bəhlulzadə küçəsi-48 ünvanında yaşayan Aleksandr Çıplinkovun mənzilində başlayan yanğın qısa müddət ərzində yaşayış sahəsini bürüyüb.

 

Ev sahibinin sözlərinə görə, o, hadisə zamanı bayırda olub. Tüstülənməni görəndə Aleksandr evə qaçsa da, artıq iş işdən keçmiş olub.

 

Tüfeyli həyat tərzi keçirən Aleksandr Çıplinkovun ailəsi hadisə zamanı evdə olmayıb. O, yanğının qarşısını almağa çalışdıqda isə az qala özü də canından olacaqmış. Onu yanğınsöndürənlər xilas ediblər. Alovların arasından çıxarılan Aleksandra təcili tibbi yardım briqadası ilkin yardım göstərib.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı rayon hissəsinin yanğınsöndürənləri alovun qarşısını alıblar. Yanğının qonşu evlərə keçməsinə imkan verilməyib. Lakin yanğın baş verən mənzil yaşayış üçün yararsız vəziyyətə düşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv