Neft yenidən bahalaşır
Neftin qiymətində yenidən bahalaşma var. APA TV-nin məlumatına görə, birjaların son seanslarında "Brent" marka neftin bir bareli 48,40 dollardan satılıb. Bu, "Brent" neftinin ötən günün səhər seanslarındakı qiymətindən təxminən 1 dollar bahadır.
Qərbi Texas nefti də bahalaşıb. Dünən səhər 46,75 dollara satılan WTI nefti günün sonunda 47,56 dollara təklif olunub.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılma qərarı neftin qiymətinin 6-7 faiz düşməsinə səbəb olub. Amma gün ərzində neftin qiymətində yenidən bahalaşma başlayıb.