Şotlandiya və Şimali İrlandiyada müstəqillik çağırışları - REFERENDUM OLA BİLƏR

Böyük Britaniyada keçirilən referendum zamanı Şotlandiya əhalisinin əksəriyyəti krallığın Avropa İttifaqını tərk etməsinin əleyhinə səs verib. Bu səbəbdən burada ərazinin Birləşmiş Krallıqdan ayrılması ilə bağlı təkrar referendum keçirilə bilər.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə Şotlandiyanın birinci naziri Nikola Sterdjen açıqlama verib.

 

O, şotland xalqının iradəsinin təmin edilməsi və Şotlandiyanın Avropa İttifaqında üzvlüyünün davamı üçün əlindən gələni edəcəyini bildirib.

 

N.Sterdjen əlavə edib ki, müstəqillik tək onun deyil, bütövlükdə xalqın arzusudur.

 

Birləşmiş Krallıqdan müstəqillik tələb edən yalnız Şotlandiya əhalisi deyil. Başda "Şinn Feyn" partiyasının millətçiləri başda olmaqla, Şimali İrlandiya əhalisi də ərazinin müstəqil elan edilməsi və İrlandiyaya birləşdirilməsi tələbi ilə çıxış edir.

 

Bu arada əhali arasında keçirilən sosioloji sorğuların nəticələrinə əsasən, şotland xalqının müstəqillik iradəsi Şimali İrlandiya əhalisindən daha radikal və qətiyyətlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv