Evində DİRİ-DİRİ yandı

Xaçmaz sakini öz evində yanaraq ölüb. Hadisə rayonun Niyazabad kəndində qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 1939-cu il təvəllüdlü Aleksandr Romanenkoya məxsus 2 mərtəbəli yaşayış evi yanıb. Yanğın zamanı evdə tək olan ev sahibi də yanaraq, ölüb.

 

Qonşu: "Çıxdım çölə, gördüm, ev yanır. Qonşuyuq. Qonşulara xəbər elədim. Zəng elədik, yanğınsöndürmə xidmətinə, 3-4 maşın gəldi. Səhərə yaxın söndürdülər. Meyiti gecə tapa bilmədilər, səhər tapdılar".

 

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Həyətdə olan “VAZ 2106” markalı avtomaşın yanğından mühafizə olunub.

 

Yanğının səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan