Konqresmenlər Obamanı "erməni soyqırımı"nı tanımağa çağırdı

ABŞ Konqresi prezident Barak Obamanı qondarma "erməni soyqırımı"nı tanımağa çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir tələblə konqresmenlər Roma Papasının Ermənistana səfəri fonunda çıxış edib.

 

Konqres üzvləri "soyqırım"ın hələ 2015-ci ildə Papa Fransisk tərəfindən tanındığına diqqət çəkərək, ABŞ-ın da bu hüquqi addımı gerçəkləşdirməli olduğunu önə sürüblər.

 

Ağ Ev rəhbərinə ünvanlanan müraciətə imza atanlar arasında konqresmenlər Adam Şiff, Robert Dold və Frenk Pallonenin də adları var. 

 

Müəllif | Apa.Tv
Apa.tv