Azərbaycanda əsirlikdə olan erməni qətldə ittiham olunur
2014-cü ilin martın 7-dən 10 aprel tarixinə qədər Azərbaycanda əsirlikdə olmuş Ermənistan vətəndaşı Arsen Xocayan həbs edilib.
APA TV-nin xəbərinə görə, o, Tavuş sakini 1999-cu il təvəllüdlü Astxik Xanisyanın qətlində ittiham olunur.
A.Xanisyanın üzərində zorakılıq əlamətləri olan cəsədi Verin Karmixapyur kəndi ərazisində iyunun 24-də tapılıb.
Araşdırmalar zamanı onun 1991-ci il təvəllüdlü Arsen Xocayan tərəfindən öldürüldüyü aşkarlanıb.