Ən sevdiyiniz şair kimdir? - SORĞU

Şeirin konkret tərifi yoxdur. Bu mənada "Şeir nədir?" sualına da konkret cavab vermək mümkün deyil. Xalq şairi Məmməd Araz demişkən, bu suala hamını qane eləyən cavab verən anasından doğulmayıb hələ.

 

Amma şeirdən fərqli olaraq, şairin tərifi üzərində baş sındırmağa ehtiyac yoxdur. Xüsusən də dünya ədəbiyyatına saysız-hesabsız şairlər bəxş edən Azərbaycanda. Axı Azərbaycan türklərinin şeriyyətə ruhun qidası kimi baxdığı heç kəsə sirr deyil.

 

Vətəndaşlarımızı mütaliəyə həvəsləndirməyə çalışan APA TV bu dəfə Bakı sakinləri arasında "Ən sevdiyiniz şair kimdir?" sualı ilə sorğu keçirib.

 

- Ramiz Rövşən.

 

- Bəxtiyar Vahabzadə.

 

- Mikayil Müşfiq.

 

- Mən ən çox Səməd Vurğunu oxuyurdum. Səməd Vurğun gözəl şair olub. Rəsul Rzanı, Mikayil Müşfiqi oxumuşam. Hərəsinin öz yeri var.

 

- Cəfər Cabbarlı, Səməd Vurğun, Nizami, Nəsimi, Füzuli

 

- Nizami, Füzuli.

 

- Mirzə Ələkbər Sabir.

 

- Çingiz Abdullayev.

 

- Nizami Gəncəvi.

 

- İmadəddin Nəsimi.

 

- Nizami Gəncəvi. Çox önəm verirəm ona. Abdulla Şaiq, Mikayil Müşfiq. Ümumiyyətlə, bütün şairlərimizi sevirik.

 

- Nüsrət Kəsəmənli.

 

- Səməd Vurğun, Bəxtiyar Vahabzadə.

 

- Nizami Gəncəvi.

 

- Bəxtiyar Vahabzadə.

 

- Səməd Vurğun, Nizami Gəncəvi, Məhəmməd Füzuli.

 

 

- Mənim balam, bu dünyayla oynama.

Sən cavansan, dünya qoca dünyadır

Düşmən nədir, dost evinə dost yığar,

Bilən bilir, dünya necə dünyadır.

 

- El bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən, 
Anam doğma vətənimsən! 
Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 
Odur ki, bağlıyam sana, 
Hanki səmtə, hanki yana 
Hey uçsam da yuvam sənsən, 
Elim, günüm, obam sənsən!

 

- Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
 

- Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhərü-laməkan mənəm, kövnü-məkanə sığmazam. 

 

- Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir su da.

 

- İntelligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi-dəmsaz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə,
Həmdəm olub işləri sahmanlarıq,
Ay bərəkallah, nə gözəl canlarıq.

 

Sorğu keçirdiyimiz şəhər sakinləri arasında şeiri sevməyənlər də var idi:

 

- Sevdiyim şair yoxdur.

 

- Bilmirəm. Mən özümdən başqa heç kimi sevmirəm. 

Müəllif | Apa.Tv
Apa.tv