Moskvada Özbəkistan vətəndaşı amasızlıqla öldürüldü - QİSAS
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Şərqi Biryulevo rayonunda üzərində çoxsaylı bıçaq xəsarətləri olan kişi meyiti tapılıb. APA-nın xəbərinə görə, meyit Kursk dəmir yolu stansiyasının yaxınlığında aşkarlanıb. Hadisə yerinə gedən polis əməkdaşları çoxsaylı deşici-kəsici alət yaraları ilə öldürülmüş şəxsin Özbəkistan vətəndaşı olduğunu müəyyənləşdiriblər. Hələlik qətllə bağlı ətraflı açıqlama verilməyib.
Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb.
Bu arada Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası oktyabrın 30-da yaranmış vəziyyətin və ümumən ölkədə millətlərarası münasibətlərin müzakirəsi üçün növbədənkənar iclas keçirəcək.
Toplantıya daxili işlər naziri Vladimir Kolokoltsev də dəvət olunacaq.