Rusiya NATO sərhədlərində "İsgəndər-M" sistemləri yerləşdirəcək
"Rusiya federasiyanın qərb sərhədlərini gücləndirmək üçün müəyyən tədbirlər görəcək".
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Dövlət Dumasının Müdafiə Komitəsinin sədri? admiral Vladimir Komoyedov jurnalistlərə açıqlamasında səsləndirib.
O, həmçinin "İsgəndər-M" raket komplekslərinin Kalininqrad vilayətində, daha dəqiqi, NATO ilə sərhəddə yerləşdiriləcəyini təsdiqləyib.
V.Komoyedovun sözlərinə görə, NATO-nun adı çəkilən ərazini hər istiqamətdən sıxışdırmağa çalışması Rusiya hərbi komandanlığını əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edir və "İsgəndər-M" sistemlərinin yerləşdirilməsi də bu tədbirlərin tərkib hissəsidir.
Komitə sədri hazırda Baltik donanmasının möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.