Belçika Macarıstanı darmadağın etdi - QOLLAR

Avro-2016-nın 1/8 final mərhələsində günün son oyunu keçirilib. APA TV-nin məlumatına görə,  Belçika millisi ilə Macarıstan qarşılaşıb. Matç Belçika yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunun 10-cu dәqiqәsindә Tobi Aldervirld hesabı açıb. Belçika 1:0 önə keçib. Birinci hissə bu hesabla bitib. İkinci hissədə, oyunun 78-ci dəqiqəsində Belçika yığması top fərqini ikiyə çatdırıb. Bu dəfə qolun müəllifi  Batşuayi olub.

 

Belçikanı 3-cü dəfə 80-ci dəqiqədə Azar irəli çıxarıb.

 

 Bununla yetinməyən belçikalılar 90-cı dəqiqədə Karraskonun qolu ilə 4-0 hesabı ilə qələbə qazanıb.

Beləliklə, Belçika Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.

 

Müəllif | Apa.Tv