Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı

Sumqayıtda 27 yaşlı gənc dənizdə batıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500  metr aralı, nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.


Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.  Xilasedicilər 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda taparaq çıxarıblar. Daha sonra meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv