Evdən oğurluq edən şəxs: "Vedrədən qızıl töküldü, götürüb, aradan çıxdım"
Paytaxtın Yasamal rayonunda oğurluq faktlının üstün acılıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Mirəli Seyidov küçəsi, ev 15 ünvanında baş verib. Aydın Əliyev bağ evində olduğundan, naməlum şəxs evdə heç kimin olmadığından istifadə edərək onun yaşadığı evin birinci mərtəbəsindəki zirzəmiyə daxil olub. Zərərçəkənin sözlərinə görə, qızına məxsus qızıllar orada olduğundan oğurlanıb. Qısa müddət ərzində keçirilən tədbirlər nəticəsində hadisədə təqsirli bilinən Kürdəmir rayon sakini Məqsəd Teymurov saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Saxlanılan şəxsin sözlərinə görə, 4 ildir dəmir yığıb, sexlərə təhvil verməklə
məşğul olub. Qanunsuz olaraq zirzəmiyə daxil olsa da, orada qızıl-zinət əşyasının olduğunu bilməyib: "Çıxanda gördüm ki, mənə aid heç nə yoxdur orda. Elə çıxırdım , qolum dəydi vedrəyə, içindən əskiyə bükülmüş nə isə düşdü . Gördüm üzük və sırğadır. Alışqanın işığını yandırıb bir də diqqətlə baxdım. Sonra cibimə qoydum. Çıxıb yenə işimi davam etdirirdim. Haradasa 4 olardı gəldim "Neftcilər" metrosuna".
Qızıl alışı və satışı məntəqəsində əldə etdiyi qənimətə qiymət kəsdirən Məqsəd Teymurova 3900 manat pul veriblər. Pulların yarıdan çoxunu xərcləyən şəxs dəymiş maddi ziyanın çəmi 1700 manatını qaytara bilib. Qeyd edək ki, Məqsəd Teymurov əvvəllər oğurluq maddəsi ilə məhkum olunub.