Bakı sakinləri kitab almağa bir qutu siqaret qədər pul xərcləmir - SORĞU

Bir insanın dəyəri oxuduğu kitablarla ölçülür. Kitabların insanlar üçün önəmini məşhur ingilis filosofu Herbert Spenserdən daha yaxşı ifadə edilən tapılmaz bəlkə də. Başqa bir amerikalı yazar isə deyir ki, "bir insana bir kitab satanda ona təkcə kağız və mürəkkəb satmış olmazsan, ona tamamilə yeni bir həyat satarsan". 

 

Bax belə, həyatımızda kitabların bu qədər vacib olduğunu hər kəs etiraf edir. Bəs görəsən bizdə vəziyyət necədir? İnsanlarımız kitab oxuyurmu? Ümumiyyətlə il ərzində kitablara nə qədər pul xərcləyirlər?

 

APA TV olaraq, paytaxt sakinləri arasında sorğu keçirdik.

 

- Ancaq uşaqlarım üçün deyə bilərəm. Özüm kitab oxumuram. Haradasa 40-45 manat.

 

- 50 manat olar yəqin ki.

 

- 100 manatdan çoxdur haradasa.

 

- Universitet təhsili alıram. Ona görə kitabxanalardan daha çox istifadə edirəm. Ona görə də il ərzində 10-15 manat xərcləyirəm.

 

- 40-50 manata yaxın. Baxır kitabın qiymətinə və baxır mağazaya.

 

-  Maksimum 10 manat.

 

- Çox. 100 manat, 50 manat. Hansı kitabı aldığıma baxır. Mən elmi kitablar alıram. Bədii ədəbiyyat almıram.

 

- Kitab çox almıram. Alanda tibbi kitablar alıram.

 

- Təxminən 30 manat. İnternet olduğuna görə, üstünlüyü internetə veririk. Onlayn kitablar oxumağa.

 

- Haradasa 20 manat. Çox keyfiyyətli kitab tapmaq da çətindir.

 

- Vaxtilə xərcləmişəm. İndi demək olar ki, xərcləmirəm, az xərcləyirəm.

 

- Uzağı 15 manat.

 

- Haradasa 50-60 manat.

 

- Xərcləyirəm mümkün qədər. 50-60 manat məktəbli uşaqlarım üçün xərcləyirəm. Özüm üçün işdən-gücdən başım açılmır ki, kitab oxuyam?

 

- Baxır hansı kitablara. Məsələn, ixtisasla bağlı kitablara daha çox pul xərcləyirəm. İl ərzində 50-60 manatdan yuxarı olar.

 

- Haradasa 100 manat. 100 manatdan da çox. Kitabları çox sevirəm.

 

 

- İl ərzində uşağa təxminən 50 manat civarında pul xərcləmişəm. Özüm üçün kitab almıram.

 

- İnternetdən pdf formatını çapa verib, kitabı elə oxuyuram.

 

- Özüm kitab oxumuram, amma uşaqlar üçün çox pul xərcləyirəm.

 

Təəssüflər olsun ki, sorğu keçirdiyimiz zaman paytaxt sakinləri arasında kitab oxumayanlar da az deyildi.

 

- Heç kitab oxumuram. Yadımdan çıxıbdır.

 

- Heç nə qədər.

 

- Kitab oxumuram, ona görə də xərcləmirəm.

 

- Kitab istifadə eləmirəm, çox da meylim yoxdur.

 

- Heç nə qədər.

 

- Heç kitab alıram ki.

 

- Kitab oxumuram.

 

- Demək olar ki, heç nə qədər.

 

- Heç xərcləyirik ki.

 

- Heç nə qədər.

 

- Heç nə qədər.

 

Hər bir sorğuda nisbi xəta payı çoxdur, elə nisbi xətanı da nəzərə alaraq sorğunun nəticələrini belə ümumiləşdirmək olar. Paytaxt sakinləri ildə kitaba orta hesabla 30 manatdan çox pul xərcləmir. Yəni, ayda təxminən 2,5 manat. Bir siqaretə verdiyimiz pul qədər...

 

Müəllif | Apa.Tv
Apa.tv