Pakistanda gözlənilməz fətva: eynicinslilər evlənə bilər

Pakistanda eynicinslilərin evliliyinə icazə verilməsini nəzərdə tutan fətva verilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə ölkənin informasiya agentliklərindən biri məlumat verib.

 

"Tənzim İttihadi-Ümmət" dini icmasının din xadimləri tərəfindən yayılan sənədə əsasən hər iki eynicinsli vətəndaşdan birində qarşı cinsin nümayəndəsinin əlamətləri varsa, bu zaman onların nikah bağlamasına icazə verilir.

 

Həmçinin fətvada övladlarından birində transgenderlik əlamətlərinin olduğunu aşkarlayan valideynlərin onları mirasdan məhrum etməsi din xadimləri tərəfindən pislənir. Fətva müəllifləri bu addımla həmin valideynlərin Allahın lənətini qazandığını iddia edirlər.

 

Sənəddə trans-genderlərin təhqir edilməsi və alçaldılmasına yol verilmədiyi qeyd olunur.

 

Fətva vəfat etmiş trans-seksualın müsəlman adətlərinə uyğun dəfn edilməli olduğu göstərilir.

 

Bu hökm dindarların şəxsi təşəbbüsü ilə irəli sürülüb. Təsir gücü kifayət qədər olmasına rəğmən, islam hüququnun normalarını ehtiva etdiyindən, onun icrası məcburi deyil.

 

Qeyd edək ki, 2009-cu ildə Pakistan hökuməti tərəfindən "üçüncü cinsin nümayəndəsi" olaraq tanınmalarına baxmayaraq, onların ölkədəki ümumi vəziyyəti kifayət qədər mürəkkəbdir.

Müəllif | Apa.Tv
Apa.tv