Bakıda Dövlət Komitəsinin şöbə müdirinin 22 yaşlı oğlu QƏTLƏ YETİRİLDİ

Bakıda qətl törədilib. Gənclərin mübahisəsi birinin ölümü ilə nəticələnib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Tural Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

 

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Əli Məlikov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv