Erməni müxalifətçi: "Ermənistan ruslara görə NATO-nun hədəfinə çevrilir"
Hazırda Rusiya ilə Ermənistan arasında imzalanmış "Qafqaz Regionunda Birləşmiş Regional Hava Hücumundan Müdafiə Sistemlərinin Yaradılması haqqında Müqavilə"yə etiraz əlaməti olaraq müxtəlif təşəbbüs qruplarının 100-dən çox təmsilçisi Ermənistan parlamenti önündə toplaşıb.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, aksiyaçılar parlamentdən sözü gedən sazişin ratifikasiya etməməyi tələb edir.
"Yeni Ermənistan" Xalq Cəbhəsi təşkilatının siyasi şurasının üzvü Andreas Qukasyan mətbuata açıqlamasında bu sənədin bəzi məqamlarını açıqlayıb.
O, deyib ki, 25 il ərzində Ermənistanın özünün Hava Hücumundan Müdafiə sistemini yarada bilməməsi və ehtiyac olduğu halda digər dövlətlərə müraciət etməsi böyük sual doğurur.
"Üstəlik, hazırda Rusiya və NATO arasında qarşıdurma yaşanır. Belə bir vəziyyətdə Ermənistanın bu məsələyə qarşaraq, NATO üçün hədəfə çevrilməsi yalnız ölkənin ziyanına işləyəcək. Digər tərəfdən bu sazişin Dağlıq Qarabağın hava məkanının mühafizəsi məsələsinə təsir edib-etməyəcəyi sualı da cavabsız qalır" - deyə, A.Qukasyan bildirib.