Sərxoş, sənədsiz sürücülər, sökülən avadanlıqlar - GÖYGÖLDƏ REYD

Göygöl rayonunda sərxoş sürücülərə qarşı reyd keçirilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə istirahət mövsümündə rayon ərazisində və istirahət mərkəzlərində nəqliyyat vasitələrinin təhlükəsizlik hərəkətini təmin etmək üçün Göygöl rayon Dövlət  Yol Polisi bölməsinin əməkdaşları reydlərə başlayıblar.

Ötən gün keçirilən reyd zamanı qayda pozan 11 sürücüsü saxlanılıb. Onlardan 2 nəfəri sərxoş halda avtomobil idarə etməsinə görə, digərləri isə sürücülük hüququ olmadan sükan arxasına əyləşmələrinə, avtomobilin konstruksiyalarına dəyişiklik etmələrinə və s. qayda pozuntularına görə məsuliyyətə cəlb olunublar.

Saxlanılan sürücülərə qarşı cərimələr kəsilib.

Bölmənin rəis əvəzi Azər Şabanov bildirib ki, bundan sonrada bu kimi reydlər davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv