AVRO-2016-da erkən final:1/4 finalın bütün iştirakçıları məlum oldu
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlükləri məlum olub.
APA TV-nin xəbərinə görə, növbəti mərhələyə iyunun 30-da start veriləcək.
1/4 finalların ilk günündə meydana Polşa və Portuqaliya milliləri çıxacaqlar.
Uels və Belçika milliləri iyulun 1-də Lill şəhərində qarşılaşacaqlar.
İyulun 2-də isə futbolsevərlər Avropa çempionatının finalına bərabər oyuna azarkeşlik edəcəklər: Almaniya və İtaliya milliləri qüvvələrini sınayacaqlar.
İyulun 3-də meydan sahibi Fransa millisi sürpriz şəkildə 1/4 finala gəlib çıxmış İslandiya yığmasını sınağa çəkəcək.