Neft cüzi ucuzlaşdı

Dünya bazarında neft ötən günə nisbətən kiçik fərqlə satılır.

 

APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli 48,49 dollardan satılıb. Bu, həftənin ilk saatlarında qeydə alınan qiymətdən 0,50 sent ucuzdur.

 

"Brent" nefti dünən 47,34 dollara qədər düşüb. Bundan sonra yenidən bahalaşma başlayıb.

 

Qərbi Texas nefti də ötən gün səhər seanslarına nisbətən ucuzlaşıb. Hazırda sentyabr ayı üçün bağlanan fyüçerslər üçün WTİ nefti 47,13 dollardan təklif olunur.

 

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,59 dollar və ya 3,22% azalaraq 47,82 dollar təşkil edib.

 

Neftin ucuzlaşmasına təsir göstərən əsas amil "Brexit"in nəticələri olub, lakin paralel olaraq son dörd həftədə ilk dəfə ABŞ-da qazma qurğularının sayının azalması da qeydə alınıb. Sonuncu faktor neftin qiymətinin ucuzlaşmasının qarşısını alıb. Bundan başqa, bu həftə açıqlanacaq hesabatda ABŞ-ın neft ehtiyatlarının 2,5 milyon barel azalacağı da proqnozlaşdırılır, bu amil neftin qiymətini bir müddət sabit saxlayacaq.

Müəllif | Apa.Tv
Apa.tv