Avro və rubl bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Mərkəzi Bank dolların kursunu 1,5332 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro manat qarşısında bahalaşıb. Avronun rəsmi məzənnəsi 1,6960 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 23 manat 50 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv