Bəşər Əsəd səngərdə əsgərlərlə iftar açdı
Suriya prezidenti Bəşər Əsəd Dəməşq yaxınlığında təmas xəttində döyüşən əsgərlərə baş çəkib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Əsəd ön xətdə - Harrabu yaşayış məntəqəsi yaxınlığında hərbçilərin döyüş hazırlığını yoxlayıb.
Adı çəkilən ərazi Şərqi Quta bölgəsində yerləşir və Suriya ordusu burada "Ceyş əl-İslam", "Feylak Rəhman" və "Ən-Nüsra Cəbhəsi"nə qarşı döyüşür.
Bəşər Əsəd əsgərlərlə birgə iftar açıb. O, bildirib ki, hərbçilərlə iftar süfrəsində yediyi təamlar bu vaxta qədər daddığı ən ləzzətli yeməklərdir.
Xatırladaq ki, buna qədər Əsəd əsgərlərlə son dəfə ötən ilin qışında olub.