ABŞ-da BP-yə məxsus qaz emalı zavodu partladı

ABŞ-da qaz emalı zavodlarından birində güclü partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, partlayış "BP Amoco" şirkətinə məxsus zavodlardan birində qeydə alınıb.

Missisipi ştatındakı Paskaqula şəhəri yaxınlığında yerləşən zavodda bir neçə dəfə partlayış səsləri eşidilib. Daha sonra isə güclü yanğın baş verib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir. Zavodun yaxınlığından keçən yollarda hərəkət dayandırılıb. Ətrafdakı evlərdən sakinlərin köçürülməsinə başlanacağı istisna edilmir.

 

Müəllif | Apa.Tv
Apa.tv