Nijni Taqildə polis azərbaycanlı şagirdlərlə ruslar arasında baş verən KÜTLƏVİ DAVAnı araşdırır
Rusiyanın Sverdlovsk vilayət polisi bir neçə gün əvvəl Nijni Tagil şəhərində baş verən kütləvi dava-dalaşın səbəbkarlarını üzə çıxarmaq üçün araşdırmalara başlayıb.
APA TV-nin xəbərinə görə, bir neçə gün əvvəl internet saytlarında qafqazlılarla rus millətindən olan şəxslər arasında kütləvi dava-dalaş səhnələri görüntüləndi. Bəzi KİV-lər qarşıdurmanın məhz rslarla azərbaycanlılar arsında yaşandığını yazdı. Videonun altında yazılan rəylərdən birində deyilirdi ki davanın əsas iştirakçılarından biri Tahir Məmmədov adında şəxsdir və o, şərq əlbəyaxa döyüş növləri ilə məşqul olur. Tahir adının görüntülərdə bir-neçə dəfə aydın eşidildiyi də iddia olunur. Davada 20 nəfərin iştirak etdiyi barədə vilayət polisinə məlumat verilib. Məsələ ilə hətta Rusiyanın Daxili İşlər Nazirliyi məşğuldur. Aydın olub ki, idmanla məşğul olan və 1993, 95, 96-cı il təvəllüdlü gənclər Nijni Tagil əhərinin bir vətəndaşı ilə mübahisəyə girişib və onu qarşıdurma yaratmağ təhrik ediblər. Sonra isə həmin gəncin azərbaycanlıları təhqir etdiyi və bunu sosial şəbəkələrdə paylaşdığı vurğulanır. Başqa iddialara görə isə həmin şəxsə qarşı şantaj da olunub. Hazırda məsələyə aydınlaıq gətirilir. Bundan sonra isə hadisəylə bağlı ilkin rəy veriləcək. Polis, həmçinin onu da qeyd edir ki, dava-dalaşda heç bir kriminal nüans yoxdur, amma bu cür hallar ölkədə millətlərarası qarşıdurmalara gətirib çıxara bilər. Daxili İşlər Nazirliyinin vilayət idarəsinin rəisi Mixail Borodin isə bölgəyə yüksək çinli polis heyəti göndərib və bildirib ki, vəziyyətə şəxsən nəzarət edir.