Şotlandiya, Cəbəllütariq və Şimali İrlandiya “anti-Brexit” ittifaqı qurur

Cəbəllütariq Avropa İttifaqının tərkibində qalmağı üstün tutur. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, artıq Şotlandiya ilə danışıqlara başlanıb.


Cəbəllütariqin birinci naziri Fabian Rikardo şotland həmkarı Nikola Stercenlə bu barədə müzakirələr aparacağını açıqlayıb. Bu danışıqlara Şimali İrlandiyanın da qoşulacağı istisna edilmir. Krallığın bu bölgələrinin əhalisinin böyük əksəriyyəti "Brexit" əleyhinə səs verib.

Fabian Rikardo bildirib ki, o, Böyük Britaniyanın bir hissəsinin Aİ-də qalmasını, digər hissələrinin ittifaqdan kənarda qalması məsələsində qorxulu heç nə görmür.

"Bu sadəcə o deməkdir ki, biz üzvlük üçün yenidən müraciət etməyəcəyik. Biz sadəcə ittifaqın tərkibində qalmağı üstün tuturuq. Adı çəkilən regionlar hazırda Britaniyanın əlində olan üzvlük sənədindən istifadə edə bilərik", - deyə o qeyd edib.

Xatırladaq ki, belə presedentlər mövcuddur. Məsələn, Danimarka 1975-ci ildə Avropa iqtisadi məkanına üz olsa da, onun bir hissəsi olan Qrenlandiya 1979-cu ildə muxtariyyət əldə etdikdən sonra, 1985-ci ildə sözügedən məkanı referendumla tərk edib.

Müəllif | Apa.Tv
Apa.tv