Türkiyədə növbəti terror: 1 polis şəhid oldu

Türkiyədə növbəti terror aktı törədilib. APA TV-nin xəbərinə görə, PKK terrorçuları Diyarbəkir vilayətinin Diclə qəsəbəsində Ergani prospektində yerləşən xəstəxana yaxınlığında içərisinə partlayıcı yerləşdirilmiş avtomobili partladıblar.

 

Partlayış nəticəsində 2-si polis olmaqla, 8 nəfər yaralanıb. Yaralanan polislərdən birini həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

 

Partlayışın baş verdiyi ərazinin giriş və çıxışları bağlanıb, bölgədə əməliyyata başlanılıb. Partlayış nəticəsində ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv