Bakıda 19 yaşlı gənc dənizdə batdı
Bakıda 19 yaşlı gənc dənizdə batıb. APA TV-nin məlumatına görə, hadisə "Bilgəh" çimərliyində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə 19 yaşlı gəncin suda batması ilə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan xilasedicilər tez bir zamanda batmış gəncin meyitini taparaq sudan çıxarıblar. Araşdırma zamanı məlum olub ki, meyit 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğluna məxsusdur. S.Yusifzadənin cəsədi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.