Nərimanovda 25 yaşlı gənc bıçaqlandı

Ötən gecə, paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, rayonun Ələşrəf Əlizadə küçəsi-3 ünvanında yaşayan 25 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

 

Həkimlər Tural Məmmədovda bir bıçaq xəsarətinin olduğunu deyiblər. Hadisə barədə xəbər tutan Nərimanov polisinin əməkdaşları xəstəxanaya gəlib, yaralının ifadəsi alınıb. Tural Məmmədov polis əməkdaşlarına bildirib ki, məhəllədə gəzərkən yıxılıb və bu zaman ona dəmir parçası batıb. Lakin həkimlər Tural Məmmədovda olan yaranın forma və xüsusiyyətinə görə bıçaqla vurulan zərbə olduğunu bildiriblər.

 

Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv