Bakıda "Daewoo" yolda qazılan kanala düşdü: sürücü xəsarət aldı
Ötən gecə Suraxanı rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb.
Hövsan istiqamətində "Daewoo" markalı avtomobillə hərəkətdə olan 28 yaşlı Elvin Məmmədov yolda qazılan kanala düşüb. Xəsarət alan Elvin Məmmədov avtomobildən güclə də olsa, çıxa bilib. Hadisə şahidlərinin sözlərinə görə, təmir aparılan yolda kanalın qazılması barədə xəbərdaredici nişan olmayıb.
Hadisə yerinə ağır texnika cəlb edilib. Ağır texnikanın vasitəsilə avtomobil kanaldan çıxarılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.