Orxan Zeynalovun anası: "Dedi ki, məni oxşadıblar"

“Əvvəlcə cinayət sübuta yetirilməlidir, sonra həmin ölkənin qanunları çərçivəsində cəza təyin edilməldir”.

 

APA TV-nin xəbərinə görə, bunu Moskvada 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun atası, Şəmkir rayon Seyfəli kənd sakini Zahid Zeynalov deyib. Onun sözlərinə görə, Orxanın saxlanılma səhnələrini görüb və oğluna qarşı zorakılıq ona pis təsir edib.

 

Zahid Zeynalov baş verənlərə siyasi don geyindirməyin əleyhinə olduğunu deyib: “Rusiyadan gələn jurnalistlər hansısa konfliktin olub-olmadığını soruşdular. Cavab verdim ki, bzdə ruslara qarşı heç bir nifrət hissi olmayıb”.

 

O qeyd edib ki, oğlu idmançıdır və Rusiyada əmiləri ilə birgə yaşayır: “Onun narkotik vasitədən istifadə etmədiyini 100 faiz deyə bilərəm. Oğlumun günahı yoxdur. NTV kanalından gəlmişdilər. Mən onlara da dedim belə bir şey olubsa, mən üzr istəyirəm. Amma əgər olubsa...”

 

Anası Yasəmən Zeynalova oktaybrın 15-də günorta saatlarında oğlu ilə telefonla danışdığını söyləyib. Orxan heç bir cinayət törətmədiyini, yalnız şübhəli şəxs kimi axtarışda olduğunu bildirib: "Məni oxşadıblar dedi. O, tərbiyyəli uşaq olub. Tərbiyyəli ailədə böyüyüb, atası vəzifədə olub".  

 

Valideynləri deyib ki, Rusiya mətbuatının yazdığı kimi Orxan Zeynalov 1982-ci il deyil, 1984-cü il təvəllüdlüdür və təxminən 4 ildir, Rusiyada yaşayır.

Müəllif | Apa.Tv
Azər Məmmədli