Dollar, avro və rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5363 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7004 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 24 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv