Kürdəmirdə oğul atasını qətlə yetirdi

Kürdəmirdə qətl törədilib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1983-cü il təvəllüdlü Mətləb Nizamov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində atası, 1955-ci il təvəllüdlü Əflatun Nizamovu bıçaqlayaraq öldürüb.

 

Hadisəni törədən M.Nizamov tutulub.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.   

 

Müəllif | Apa.Tv
Apa.tv