Kosaçyov: "Terror Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına qarşı yönəlib"

İstanbuldakı terror aktı Türkiyə hökumətinin Rusiya və İsrail dövlətləri ilə əlaqələri normallaşdırması istiqamətindəki cəhdlərinə qarşı yönəlib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçyov səsləndirib.

 

Onun sözlərinə görə, rəsmi Ankaranın sözü gedən terror hücumunun İŞİD qruplaşması tərəfindən törədilməsi ilə bağlı versiyası daha inandırıcı səslənir.

 

Rusiya rəsmisi eyni zamanda bu cür hadisələrin Rusiya və Türkiyə liderləri arasındakı dialoqun yaxınlaşmasını sürətləndirəcəyinə də əmin olduğunu bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv