Putin Türkiyəyə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

 

APA-nın verdiyi məlumata görə, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib.

 

“Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv