Gəncədə iki maşın toqquşdu, 2 yaşlı uşaq yaralandı

Gəncədə 2 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

“VAZ-21099” və “QAZ-31” markalı avtomobillərin toqquşması nəticəsində birinci avtomobildə olan 2 yaşlı Ayşən Elməddin qızı Məmmədova xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Uşağa kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv