Putinlə Ərdoğan razılaşdılar - GÖRÜŞƏCƏKLƏR
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidentinə yaxın mənbələrdən bildirilib ki, 40 dəqiqə sürən telefon danışığı məhsuldar və pozitiv keçib.
Türkiyə Prezident Administrasiyası prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı barədə rəsmi açıqlama yayıb.
Açıqlamada tərəflərin görüşməsi barədə razılığa gəlindiyi bildirilir.
İki ölkə arasında əlaqələrin normallaşması üçün lazımi addımların atılmasının, regiondakı siyasi, iqtisadi və humanitar böhranın aradan qaldırılması və terrorla mübarizə üçün əməkdaşlığın vacibliyi qeyd olunub.