İstanbul aeroportunda ölü sayı artdı - SON RƏQƏM
İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölü sayı artıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, həyatını itirənlərin sayı 41-ə yüksəlib. Yaralıların isə 239 nəfər olduğu deyilir.
Açıqlama İstanbul valiliyi tərəfindən təsdiqlənib. Həyatını itirən 37 nəfərin şəxsiyyəti müəyyən edilib. Onlardan 10-u əcnəbidir, 3-nün isə ikili vətəndaşlığı olduğu bildirilir. 19 nəfərin meyiti ailələrinə təhvil verilib.
Yaralılardan 109 nəfər evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam etdirilir.