Xaçmazda çaqqallar 77 yaşlı qadına hücum etdi
Xaçmaz rayonunda 77 yaşlı qadın çaqqal sürüsünün hücumuna məruz qalıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Niyazabad kənd sakini, 77 yaşlı Qızbəs İmaməliyeva həyətyanı sahəsində işləyərkən çaqqal sürüsü ona hücum edərək müxtəlif xəsarətlər yetirib.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadın əməliyyat olunub. Hazırda vəziyyəti kafidir.